DİPLOMLARIN TANINMASI – Xaricdə təhsil zamanı alacağınız diplomun Azərbaycanda tanınıb tanınmaması sizi narahat edir?
Biz SET Centre olaraq tələbə qəbulu apardığımız bütün universitetlərin diplomunun nəinki Azərbaycanda avropa ölkələrində də tanınıb tanınmamasına diqqət edirik.
Diplomların tanınması və ya tanınmaması seçəcəyiniz universitetin Akkritasiyasının olub olmamasından asılıdır. Məsələn elə universitet seçə bilərsinizki o universiteti sadəcə gedəcəyiniz ölkə tanıyar başqa heç bir ölkədə tanınmaz. Ama elə elə universitetdə seçə bilərsinizki gedəcəyiniz ölkədə və Azərbaycanda tanınar. Ama elə universitetlərdə varki Akkritasiyası 4 dür nəinki Azərbaycanda avropanın 30 dan çox ölkəsində tanınır. Diplomların Azərbaycanda tanınması və ya tanınmaması son zamanlar insanları narahat edən məsələlərdən biridir. Odukki getməzdən əvvəl diqqət edin gedəcəyiniz universitet həmin ölkənin özündə tanınırmı və həmin universitetin Akkritasiyası neçədir?.
Sizə əsas olaraq Türkiyə və Ukraynada diplomların tanınması haqqında bilgi verməyə çalışacayıq.
SEÇİMLƏR ZAMANI DİQQƏTLİ OLUN!!!
Türkiyədə təhsil və Diplomların tanınması haqqında!
Beləki Türkiyə digər ölkələr kimi deyil məsələn Azərbaycanda hamı çalışırki dövlət universitetinə qəbul olsun və ya Ukraynada həmçinin dünyanın demək olarki 80% ölkələrində hər kəs özəl universitetdə deyil dövlət universitetlərində oxumaq istəyir… Lakin Türkiyədə bu proses belə deyil Türkiyənin özəl universitetləri dövlət universitetlərindən qat qat güclüdür və Avropada daha rahat tanınır. Lakin Türkiyənin özəl universitetlərinə qəbul asan olasada illik təhsil haqqılar dövlət universitetlərinə nisbətən 20 və ya 100 dəfəyə qədər daha yüksəkdir. Misal üçün Türkiyənin dövlət universitetlərində illik təhsil haqqı Minumum 200 – maksimum 1200 (manat) AZN dır lakin özəllərdə minumum 3000 USD (dollar) maksimum isə 80 000 USD (dollar) arası ola bilir. Türkiyədə təhsil zamanı seçəcəyiniz universitet özəl universitet olarsa bu sizin gələcəyiniz üçün yaşıl işıq sayıla bilər. Türkiyənin dövlət universittetləridə Azərbaycanda problemsiz tanınır lakin Müqaisə etsək həm təhsil səviyyəsi həm prestij və s bütün hallarda Türkiyənin özəl universitetləri dövlət universitetlərindən dahada prestijlidir. Aşağıda verilən linkdən Türkiyədə təhsil haqqında, Özəl və Dövlət universitetləri haqqında ətraflı öyrənə bilərsiniz.
Türkiyədə təhsil haqqında ətraflı bilgi
Ukraynada təhsil və Diplomların tanınması haqqında!
Əslində Ukraynada təhsil Türkiyədə təhsildən tamami ilə fərqlidir. Beləki Türkiyədə təhsil zamanı özəl universitetlər daha prestijli sayılırdısa ama Ukraynada dövlət universitetləri daha prestijlidir. Ukraynada təhsil zamanı diqqət edəcəyimiz şeylər bunlar olmalıdır. İllik təhsil haqqı və xərclər münasib olan bir universitet və Akkritasiyası 4 olan bir universitet. Həmçinin seçəcəyimiz universitetin Azərbaycanda tanınması üçün həmin universitet Ukrayna təhsil nazirliyi tərəfindən rəsmən tanınmalıdır.
Azərbaycan və Ukrayna arasında təhsil sənədlərinin qarşılıqlı tanınmasına dair müqavilə mövcuddur və hələdə həmin müqavilə qüvvədədir.
Müqavilənin şərtlərinə əsasən Təhsil müddəti və səviyyəsi Azərbaycan təhsil müəssisələrinin təhsil müddəti və səviyyəsi ilə uyğun gələn və ya Ukrayna təhsil nazirliyi tərəfindən tanınan bütün Ukrayna universitetləri Azərbaycanda tanınır. Bu müqavilə Ulu öndərimiz heydər əliyevin dövründə bağlanıb və o zamandan qüvvədədir. Müqavilənin fəaliyyət müddəti hər 5 ildən bir yenilənir. Sizin qəbul olduğunuz təhsil ili ərzində bu müqavilə qüvvədən düşürsə müqavilə şərtlərinə görə sizin diplom Azərbaycanda tanınacaq və bu qüvvədən düşmə sizə aid olmur. Ukraynada tehsil haqqında daha ətraflı bilgilər üçün aşağıdakı linkdən bilgilər əldə edə bilərsiniz.
Ukraynada təhsil haqqında ətraflı bilgi
Əgər oxuyacağınız və ya oxuduğunuz universiteti bitirdikdən sonra diplomunuzun 100% tanınmasına əmin olmaq istəyirsinizsə tanınma sığortası etdirə bilrsiniz. Diplomunuzu tanınma sığortası etdirmək üçün aşağıdakı linkə daxil olun.
Diplomların Tanınma sığortası haqqında